Pleyeri seçin:

Qeyri-adi taksi sürücüsü: Maşın mənim həyatımdır

15 may 2019 3136 baxış

İnsanlar çox vaxt sahib olduqları şeylərin dəyərini bilmir, problemlər qarşısında tez ruhdan düşərək geri çəkilirlər. Lakin elə insanlar var ki, ən böyük sərvət olan sağlamlıqlarını itirsələr belə bütün çətinliklərin sinə gərərək həyata bağlanmağı bacarırlar.

Goranboy rayonunun Nərimanlı kənd sakini, I qrup əlil Elşad Məmmədov da bu cür insanlardandır. O, 15 il əvvəl hər iki ayağından məhrum olsada, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirib. Avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salaraq taksi fəaliyyəti ilə məşğul olan E.Məmmədov avtomobili sağlam sürücülər kimi idarə edir.

Bu yolla həyatına rəng qatmaqla yanaşı, ailəsinin dolanışığını yardımçı olur. O, hətta əksər təmir işlərini də özü aparır. 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyib. Səhhətində problemləri 1989-cu ildən başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub. E.Məmmədov ayaqlarını itirməyin ona çox pis təsir etdiyini, hər an ölüm haqda fikirləşdiyini söyləyib:

“Ölümü fikrimdən çıxara bilmirdim. Elə fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi. Sonradan qərara gədim ki, maşın alım. Maşını alaraq onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm”.

Goranboy sakini avtomobilinin onunçün yaşam səbəbi, həyat mənbəyi olduğunu söyləyib:

“Maşın mənim həyatımdı. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə buraxmayıb”.

Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir.Qazaxdan Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.

Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan “dəmir” dostunun artıq köhnəldiyindən bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağvə Böyük Vətən müharibəsi əlillərinə verildiyi bildirilib.

Nazir Quliyev

Kopyalandı
Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 3136 baxış
Seçilmişlər
icon