Qeyri-iş günləri ilə bağlı xəbərdarlıq edildi | Əhalinin diqqətinə!
Yeniliklərdən dərhal xəbərdar olun
Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyəsində qeyd olunub.
Bildirilib ki, DYP hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı, səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir:
“Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar”.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
