Qəzada həyatını itirən hərbçimiz Taleh Əliyevin ailəsindən ürək dağlayan sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 13-ü qəza zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Taleh Saleh oğlu anadan olduğu Zərdab rayonunda dəfn olunub.
Şəhid hərbçi Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.
“Oğlum bizi seçmədi, Vətəni, bayrağı seçdi. 2 saat əvvəl danışmışdıq. Gülə-gülə sağollaşdı”, – şəhidin anası deyib.
Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Xatırladaq ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
