Qızıma görə çox narahatam | Bakıda narkomanların yığışdığı yerə görə DİN hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki binalardan biri narkotik istifadəçilərinin yuvasına çevrilib.
Blokun içində “işlərini” görən narkomanların geridə qoyduqları şpris kimi vasitələri görən sakinlər təşviş içində yaşayırlar.
"Dünən də, srağagün də ikinci mərtəbədə pəncərənin qabağında şpris var idi. 35 ildir ki, burada yaşayıram, belə şey görməmişəm. Kamera olsa, yaxşı olardı. Övladlarımız bəzən dərsdən evə valideynsiz gəlirlər, narahat oluruq”, – deyə sakinlər narazılıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyinə (DİN) sözügedən ünvanda bir qrup narkotik vasitə aludəçisinin toplanması ilə bağlı məlumat daxil olduqdan sonra ərazi tam nəzarətə götürülüb.
Qurumdan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sözügedən yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, həmçinin istifadə edən 7 nəfər müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri tətbiq olunub:
“Həmçinin əraziyə tüfeyli həyat tərzi keçirən şəxslərin toplaşmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib. Əraziyə əlavə əməliyyat qrupları cəlb olunmaqla nəzarət tədbirləri davam etdirilir”.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
