Pleyeri seçin:
Quba Mərkəzi Xəstəxanasında xəstələri pilləkənlə qaldırırlar
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada 4 mərtəbədən ibarət Müalicə Diaqnostika Mərkəzinin yeganə liftinin işləməməsi xəstələri və onların yaxınlarını çətin vəziyyətə salıb. Əməlliyyat blokunun cərrahiyyə, reanimasiya şöbələrinin yuxarı mərtəbələrdə yerləşməsi isə bu mənzərəni daha da acınacaqlı edib.
Məsələ ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, uzun müddətdir ki, istismar olunması nəticəsində liftin bəzi hissələri sıradan çıxıb. Təhlükəsizlik məqsədilə liftin fəaliyyəti müvəqqəti çətinlik aradan qaldırılana qədər dayandırılıb. Hazırda mövcud problem aradan qaldırılaraq lift vətəndaşların istifadəsinə verilib.
Kopyalandı
