Pleyeri seçin:
Qubadlı - Eyvazlı yolunda hansı işlər görülür?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qubadlı-Eyvazlı avtomobil yolunun inşası davam edir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 28,5 kilometr uzunluğa malik avtomobil yolu 2 zolaqlı olmaqla üçüncü texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Yeni inşa edilən yol boyunca müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb.
Bundan başqa, layihə boyunca 16 kilometr uzunluğunda drenaj sistemi də inşa edilir.
Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir.
Kopyalandı
#Yol inşası teqi istifadə olunub
- Xankəndi, Şuşa və Laçına gedən qısa yol nə vaxt hazır olacaq?
- Ağdamda hansı işlər görülür? | İlham Əliyevdən açıqlama
- Bakıda bu ərazidəki tikililər sökülür | Yeni yol layihəsinin detalları
- Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir | İlham Əliyev
- Tərtər-Ağdərə avtomobil yolunun inşası başlandı | Uzunluğu nə qədər olacaq?
