Qudyalçaya güclü sel gəldi | 400-dən çox sakin işıqsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər yağan leysan yağışlar nəticəsində Qudyalçaya güclü sel gəlib.
Sel suları Qubada 400-dən çox sakinin yaşadığı Küpçalqışlaq kəndində fəsadlara səbəb olub.
Çayın kənarındakı torpaq qatı uçub, kəndin yolu bağlanıb. Eyni zamanda çayın kənarında olan elektrik dirəkləri aşıb. Nəticədə yüzlərlə sakin işıqsız və yolsuz qalıb
“İşıq yox, yol yox, kəndə giriş bağlıdır. Evlər təhlükə altındadır. Neçə dəfə bu barədə aidiyyəti qurumlara məlumat verilib. Ancaq heç bir tədbir görülməyib”, – deyə sakin narazılığını bildirib.
Hadisə baş verən əraziyə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
