"Ata evinə uşağın olandan sonra gedə bilərdin" | Qayınata gəlinə niyə qayış bağlayırdı? - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Şabran sakini Rəna Ağasiyeva olub.
O, Şabranın xınayaxdı adətlərindən söz açıb:
“Bizim dövrümüzdə xınayaxdı məclisləri indikindən fərqli təşkil olunardı. Xına oğlan evi tərəfindən gətirilər, ailəli və xoşbəxt bir qadın onu gəlinin əlinə yaxardı. Keçmişdə bəyi xəlvətcə xınayaxdıya qonaq gətirərdilər. Qız evində onun üçün xonça hazırlanardı. Bəy də həmin xonçaya pul qoyardı. İndi bu adətlər qalmayıb, hazırkı xınayaxdı məclisləri ürəyimcə deyil”.
O həmçinin toylarda gəlinlərin açıq-saçıq geyinməsini bəyənmədiyini söyləyib:
“Əvvəllər gəlin salona getməzdi, onu evdə bəzəyərdilər. Başına da kələğayı örtərdilər. İndi gəlinlər çox açıq geyinirlər. Bədənini niyə başqa kişi görməlidir?! Gəlin ağırbaşlı olmalı, şıdırğı getməməlidir”.
#Şabran teqi istifadə olunub
- "Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV
- Burada içməli su tapmaq lüks sayılır | Kənd əhalisi niyə susuz qalıb? - Baku TV
- “Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV
- "Bu kənd tarixdən silinir!" | Sakinlər qorxu içində | "Belə şey Allaha xoş gedər?!" - Baku TV
- “Qorxudan yatmırıq” | İnsanların həyatını kabusa çevirdilər: "Qəbiristanlıqda da olur" - Baku TV
