"Bakı 2025" əməliyyat-taktiki təlimi baş tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanının ərazisində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda "Bakı 2025" əməliyyat-taktiki təlimi keçirilib.
Təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri izləyiblər.
Əvvəlcə texnika və avadanlıqlara baxış keçirilib. Sonra təlimin praktiki hissəsinə başlanılıb.
Təlim planına uyğun olaraq, episentri Xəzər dənizində olmaqla şərti dağıdıcı zəlzələ baş verib. Şərti hadisə ilə əlaqədar aidiyyəti dövlət qurumları koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
Sonda təlim ərazisi üzərindən uçan helikopterlərin paradı keçirilib.
Qeyd edək ki, təlimdə ümumilikdə 1250 nəfərdən ibarət canlı qüvvə, 8 ədəd helikopter, 277 ədəd xüsusi təyinatlı texnika və 14 baş xüsusi təlim görmüş it iştirak edib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
