"Bir-birlərini görüb bəyəniblər" | 16 yaşlı qızın anası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəklini görüblər. Sonra bizə gəldilər. Bir-birlərini görüb istəyiblər”.
Bu sözləri Beyləqanda 16 yaşında nişanlanan qızın anası Aysel Ağayeva deyib.
“İcradan da çağırıblar. Bildirdilər ki, toy olmaz”, – o söyləyib.
Atası Məzahir Ağayev isə bildirib ki, hazırda qızını evləndirmək fikri yoxdur:
“Bu dəqiqə qızımı köçürtmürəm. Oğlan qızı bəyənib, qız da oğlanı. Nişan mərasimi olmayıb, “hə” olub. Dövlətimizin qanununa əsasən, qızımın 18 yaşında xeyir işi olacaq”.
Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlar hərəkətə keçib. Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, o cümlədən Rayon Polis Şöbəsi əməkdaşının iştirakı ilə baş tutan görüşdə həm 16 yaşlı qızla, həm də valideynləri ilə ayrı-ayrılıqda söhbət aparılıb.
#Beyləqan teqi istifadə olunub
- Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI
- Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV
- "Oğru da var, vəhşi də" | 3 yaşlı tərəkəmə qızı "Mədinə nənə"nin qaldığı kənddə nələr yaşanır?
- "Sən çətin evlənəsən" | 2.20 m boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - KƏNDİNƏ QAYIT
- Beyləqanda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxslər saxlanıldı - Baku TV
