Pleyeri seçin:

"Birbank" yeni layihəyə start verdi | Məktəblərdə bullinqə qarşı mübarizə

31 yanvar 2025 566 baxış

Son zamanlar sosial şəbəkələrdə məktəblərdə uşaqlar arasında davranış pozuntuları, bir neçə məktəblinin bir olub öz həmyaşıdına qarşı mənəvi və psixoloji təsir göstərməsi halları ilə tez-tez qarşılaşırıq.

Ölkəmizdə bu mövzu kifayət qədər araşdırılmadığı üçün müəllim, valideyn və şagirdlərin əksəriyyəti prosesin içində olsa da, bunun fərqində olmurlar. Çünki çox vaxt valideyn və müəllimlər uşaqlar arasındakı bu cür münasibətləri adi konflikt olaraq görürlər.

Ölkəmizdə bu prosesin geniş araşdırılması üçün yeni layihəyə başlanılıb.

“Birbank”ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib.

“Birbank”ın İdarə Heyətinin üzvü Fərqanə Məmmədova cəmiyyətimizdə bullinqə qarşı həssaslığın artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, layihənin əsas məqsədi uşaqları, valideynləri və müəllimləri maarifləndirməkdir.

Şagirdlərdə narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən bu problemin həlli üçün beynəlxalq ekspertlər tərəfindən “Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Layihənin icrasına ilk olaraq 18 saylı orta məktəbdən başlanılacaq. Bu məqsədlə tərəflər arasında xartiya imzalanıb.

Qeyd edək ki, “Birbank” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır.

Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 566 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 566 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 566 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 566 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 566 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 566 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 566 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 566 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 566 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 566 baxış
Seçilmişlər
icon