Pleyeri seçin:

"Bu dövrdə fırıldaqçılar çoxdur" | Dənizə qədər uzanan dələduzluq - Baku TV

19 iyul 2026 356 baxış

Cəmi 100 manat qarşılığında yaxta gəzintisi və ya dənizdə səhər yeməyi təklif edən sosial media səhifələri vətəndaşların diqqətini cəlb edir. Bu səhifələr insanları tələyə salaraq əvvəlcədən ödəniş tələb edir. Pul köçürüldükdən sonra isə ya əlaqə kəsilir, ya da belə bir xidmətin, ümumiyyətlə, mövcud olmadığı üzə çıxır.

Ötən mövsüm oxşar saxta səhifələrlə bağlı tədbirlər görülsə də, bu yay eyni üsulla fəaliyyət göstərən hesabların sayı yenidən artmaqdadır.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Bir qədər diqqətli olmaq lazımdır. Süni intellekt dövründə yaşayırıq. İnsanlar həqiqətlə yalanı özləri ayırd etməyi bacarmalıdırlar”, – deyə sakinlərdən biri bildirib.

“Bu dövrdə fırıldaqçılar çoxdur. Belə hallara göz yummaq olmaz”, – deyə başqa bir sakin qeyd edib.

İnnovasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov isə bildirib ki, belə hallarda ilk növbədə kampaniyanı təqdim edən şirkətin rəsmi olub-olmadığını araşdırmaq lazımdır:

“İlk növbədə axtarış platformaları və ya sosial media səhifələri vasitəsilə qarşınıza çıxan kampaniyanın nə dərəcədə rəsmi olduğunu yoxlamalısınız. Əksər hallarda hər hansı bir səhifə təqlid edilərək sosial mühəndislik üsulu ilə dələduzluq məqsədilə istifadə olunursa, bununla bağlı həmin şirkətin rəsmi kanallarında xəbərdarlıq yayımlanır.

Digər hallarda isə insanlara çox sadə şərtlər müqabilində böyük hədiyyələr, endirimlər və ya cəlbedici xidmətlər təklif olunur. Bu cür həddindən artıq sərfəli görünən təkliflərə şübhə ilə yanaşmaq və ödəniş etməzdən əvvəl məlumatları ətraflı yoxlamaq vacibdir”.

Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 356 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 356 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 356 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 356 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 356 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 356 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 356 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 356 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 356 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 356 baxış
Seçilmişlər
icon