Pleyeri seçin:

"CarsCharge" yeni enerji doldurma məntəqəsini istifadəyə verdi

06 avqust 2024 597 baxış

“CarsCharge” elektrik doldurma şəbəkəsi “Rahat” və “Bolmart” supermarket şəbəkələri ilə əməkdaşlığa başlayıb.

Bununla bağlı mətbuata açıqlama verən “CarsCharge” MMC-nin baş direktoru Polad Talıbov şirkətin təkcə Bakıda yox, həm də bütün Azərbaycan üzrə elektromobillərin enerji yığması üçün stansiyalar quraşdırdıqlarını diqqətə çatdırıb.

O qeyd edib ki, müştərilər sadəcə QR-koddan istifadə etməklə bütün stansiyalarımızda xidmət ala, yəni avtomobillərini maksimal dərəcədə doldura bilərlər.

“Artıq yanvar ayından bu yana stansiyalarımızın sayı 20-ni keçib və bu say getdikcə çoxalacaq. Qiymətlərə gəlincə, bizim stansiyalarda bir saat 60 kilovoltluq stansiya üçün 18 manat, 40 kilovoltluq stansiya üçün 12 manat, 92 kilovoltluq axırıncı stansiyalarımız üçün isə 27 manat təşkil edir”, – deyə P.Talıbov söyləyib.

Azərbaycanda elektromobillər üçün enerji doldurma stansiyalarının mobil tətbiqini və platformasını hazırlayan “F-5” MMC-nin təsisçisi Faiq Abdullayev mətbuata açıqlamasında hazırda yaratdıqları platformanın “CarsCharge” MMC-nin stansiyalarında fəaliyyət göstərdiyini bildirib.

“MDB ölkələri arasında və bizim ərazidə yeganə şirkətik ki, bu platformanı hazırladıq və uğurla istifadəyə verdik. Hazırda bizim platformamız “CarsCharge” MMC-nin stansiyalarında fəaliyyət göstərir və gələcəkdə daha çox stansiyalarda mobil tətbiqimizi görəcəksiniz”, – deyə təsisçi qeyd edib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 597 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 597 baxış
Seçilmişlər
icon