"Connect"dən uşaqlara bilik günü hədiyyəsi: şirkət əməkdaşları Ramanada uşaqları ziyarətdə
Yeniliklərdən dərhal xəbərdar olun
“Connect” QSC silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir.
“Connect” ailəsi bu dəfə 15 sentyabr “Bilik Günü” münasibətilə Ramana qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ni ziyarət edib.
Sözügedən uşaq evində 30-dan çox azyaşlı və məktəbli uşaqlar qalırlar. Valideyn himayəsindən kənarda qalan bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşılayıblar. “Connect” əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və məişət texnikaları uşaqların sevinc və həyəcanına səbəb olub.
Beləcə, “Connect” heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçiriblər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkilib.
Bu tip Korporativ Sosial Məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
Qeyd edək ki, “Connect” QSC 2005-ci ildən Azərbaycanın bir çox bölgəsində və Bakı şəhərində telekommunikasiya xidmətləri üzrə fəaliyyət göstərir.
#Bilik Günü teqi istifadə olunub
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Yeni dərs ili, yeni hədəflər, yeni ümidlər
- Azərbaycanda Bilik Günü: Şagirdlər yeni tədris ilinə qədəm qoyurlar - Baku TV CANLI
- 15 sentyabr - Bilik Günüdür | Qarabağa növbəti köç | Zelenskidən Rusiyaya şərt - YENİ BİR SƏHƏR
- 1-ci sinfə gedən 10 milyonuncu sakin təəssüratlarını Baku TV ilə bölüşdü
