"Dedi ki, narazısansa, get..." | İllərdir istifadə etdiyi torpaq sakinin əlindən alınır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə müraciət edən Zaqatala rayonunun Mamrux kənd sakini Məhəmməd Davudov bildirir ki, 30 ilə yaxındır icarə əsasında istifadə etdiyi torpaq sahəsi hazırda əlindən alınmaq üzrədir.
Şikayətçinin sözlərinə görə, sözügedən torpaq sahəsi ona hələ 1997-ci ildə aparılan torpaq islahatı zamanı xüsusi komissiya tərəfindən ayrılıb. İlkin olaraq 93 sot olan sahə 2000-ci illərin əvvəllərində sənədləşmə yenilənərkən 60 sota endirilib və vətəndaş buna etiraz etməyib. Lakin 2020-ci ildə ərazidəki 4 hektarlıq bələdiyyə torpağının ayrılması səbəbi ilə ümumilikdə 14 nəfərin, o cümlədən M.Davudovun istifadəsində olan torpaq sahəsinin sərhədləri dəyişdirilib.
Məhəmməd Davudov qarşılaşdığı problemi belə izah edir:
"2024-cü ilin dekabrında bələdiyyədən bildirdilər ki, müqavilənin müddəti başa çatır və növbəti ilin fevralında sənədləri yeniləmək lazımdır. Fevral ayında müraciət etdikdə isə bələdiyyənin mühasibi mənə bu torpağın başqa bir şəxsə 14-15 illik müddətə icarəyə veriləcəyini söylədi. İllərdir bu torpağı uzunmüddətli icarəyə götürmək istədiyimi desəm də, mənə qanunla bunun qadağan olduğunu bildirirdilər. İndi isə narazılığım varsa, hərraca qatılmağımı məsləhət görürlər. Tələbim odur ki, 30 ildir əziyyət çəkdiyim torpaq sahəsi elə mənim özümə verilsin".
Məsələ ilə bağlı Mamrux kəndinin daxil olduğu Gözbarax kənd bələdiyyəsinin sədri Tərlan İbrahimov bildirib ki, sakinin şikayətinə səbəb olan həmin torpaq sahəsi hazırda heç bir şəxsə verilməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, növbəti ay ərazi hərraca çıxarılacaq və torpaq hərracın qalibi olan şəxsə icarəyə veriləcək.
#Zaqatala teqi istifadə olunub
- “Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
