"Dedim, dibindən kəsin!" - Görülən iş sakinləri qəzəbləndirdi | "Çəkilişi bilən kimi..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən beşmərtəbəli binanın həyətindəki qurumuş ağaclar sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb.
Sakinlərdən biri bildirib ki, əraziyə gələn əməkdaşlar qurumuş ağacları kəsmək əvəzinə onları budamaqla kifayətləniblər:
“Bir ildir ərizə yazmışam. İcra hakimiyyəti də, bələdiyyə də razılıq verib. Dedim ki, ağacı dibindən kəsin, yer açılsın. Amma gəlib qurumuş ağacı budayıb gediblər”.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, sözügedən ünvandakı ağaclar sakinlərin müraciəti əsasında külək zamanı yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə budanıb.
Qurumdan o da qeyd olunub ki, ağacların tam kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmalıdır.
#Nəsimi rayonu teqi istifadə olunub
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
