"Dilicana ayaqyalın qayıtmaq istəyirəm" - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Dilicana ayaqyalın qayıtmaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Karvansara (indiki İcevan) rayonunun Dilican şəhər sakini Ellada Əhmədovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən, oxuduğu 2 nömrəli şəhər orta məktəbinə necə qəbul olunmasından danışıb: “Uşaqlıq illərim çox yaxşı keçib. Rus dilini bilmədiyim üçün məktəbə erməni dilində götürmək istəyirdilər. Qocaman rus müəllim sonda məni məktəbə qəbul edib. Sinif yoldaşlarım rus, erməni, yəhudi idi”.
E.Əhmədova nənəsi Sehran Alırzayevanın öz qızına danışdığı hadisəni – 1920-ci ildə ermənilərin Haqqıxlı kəndində 68 nəfəri fermada diri-diri yandırdıqlarını xatırladıb, doğulduğu şəhərə yenidən qayıtmaq istəyini ermənilərə öz dillərində çatdırıb: “Mən istəyirəm Dilicana gəlim. Qərbi Azərbaycan bizim Vətənimizdir. Bəlkə erməni dilini unutmuşam, çünki neçə illərdir danışmıram. Amma çox istəyərdim Dilicana qayıdım. Çünki Dilicanda mənim babalarım yaşayıb, atam yaşayıb. Dilicanda bizimkilərin qəbirləri var. Dilican mənim dədə-baba yurdumdur”.
O, bu arzunun gerçəkləşməsinə az vaxt qaldığını, 2-ci Qarabağ savaşından sonra ümidlərinin artdığını deyib: “Yaxın dövrlərdə biz artıq ora qədəm qoyacağıq. Mən ayaqyalın gedib o bulaqlardan su içəcəyəm. Bunu həsrətlə gözləyirəm”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
