Pleyeri seçin:

"Dolu"da hərbçilər dedilər ki... | Elxan Cəfərov kinolarımızın uğursuzluğundan danışdı - QAPQARA

14 aprel 2025 889 baxış

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın qonağı rejissor Elxan Cəfərov olub.

Müasir Azərbaycan kinolarının uğursuzluğundan söz açan Elxan Cəfərov bildirib ki, əgər bu sahənin inkişaf etməsini istəyiriksə, filmlərin istehsalat sistemi beynəlxalq səviyyəyə uyğun olmalıdır.

“Sovet dövrünün Azərbaycan kinosu 200 milyonluq auditoriya üçün nəzərdə tutulurdu. Həmin dövrdə alkoqoldan, tütündən gələn gəlirlərin böyük hissəsi kinematoqrafiyaya yönəldilirdi. Kinematoqraflar da həmin pulu 5-10 dəfə artıraraq yenidən büdcəyə qaytarırdılar.

Hazırda Özbəkistan, Qazaxıstan kinosu bizdən daha öndədir. Qırğızıstan ildə 43 film çəkirsə, onların 3-5-i beynəlxalq səviyyəyə çıxır. Azərbaycan kinosunun da beynəlxalq səviyyəyə çıxması üçün onun istehsalat sistemi buna uyğun olmalıdır.

Eyni zamanda dünyaya çıxış ancaq milli faktorla ola bilər. Avropaya Avropa kinosu təqdim etməklə maraq yarada bilmərik. Onlara bilmədikləri mədəniyyətlər daha maraqlıdır”, − deyə o, sözlərinə əlavə edib.

Rejissor həmçinin “Dolu” filminin çəkilişləri zamanı yaşadıqları çətinliklərdən, kino sahəsinə olan sevgisindən bəhs edib:

“Dünyaya gözümü açandan bəri ilk bəyəndiyim film “Yeddi oğul istərəm” olub. “Dolu”nun da axırıncı epizodunda həmin filmin sonluğundan bəhrələnmişəm.

Filmdə tank döyüşləri olan səhnələri Şəmkir rayonunda çəkirdik. Orada ilk çəkiliş günündən sonra hərbçilər bizə “elə bilirdik ki, ən çətin peşə bizimkidir, sən demə, sizin işiniz daha ağırdır, zülüm çəkirsiniz” dedilər. Amma bu işin içində özümüzü zülümdə hiss etmirik. Çünki sahəmizi sevirik”.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 889 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 889 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 889 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 889 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 889 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 889 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 889 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 889 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 889 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 889 baxış
Seçilmişlər
icon