"Elə bil sel gedir" | Sakinlər imdad diləyir | "Şəhidin adına layiq küçə deyil" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunun Bədəlan kəndində, şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçədə yaşayan sakinlər yolun vəziyyətindən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, küçə uzun illərdir təmirsiz vəziyyətdədir. Yay aylarında toz-duman, qışda isə palçıq səbəbindən küçədə hərəkət etmək çətinləşir.
“Şəhid anasıyam, 84 yaşım var, xəstəyəm. Qışda küçə palçıq içində olur, yeriyə bilmirəm. Yoldaşım da xəstədir, o da hərəkət etməkdə çətinlik çəkir”, – deyə şəhidin anası Gülcənnət Gənciyeva narazılığını ifadə edib.
Sakinlər bildirirlər ki, küçənin asfaltlanması ilə bağlı yerli icra hakimiyyətinə müraciət etsələr də, indiyədək hər hansı iş görülməyib.
Onlar həmçinin yağışlı havalarda yuxarı ərazilərdən gələn suyun küçəyə axdığını, ərazidə kanalizasiya sisteminin olmadığını deyirlər.
Yerli icra hakimiyyətindən isə bildirilib ki, hazırda büdcədə vəsait olmadığı üçün təmir işləri həyata keçirilməyib. Qeyd olunub ki, vəsait ayrıldıqdan sonra yolun asfaltlanması planlaşdırılır.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
