Pleyeri seçin:

"Əsas məsələ çox oxumaq deyil" | Həmyaşıdlarına örnək olan Paşa uğurunun sirlərini bölüşdü - Baku TV

20 iyul 2026 321 baxış

İkinci ixtisas qrupu üzrə imtahanda maksimum nəticə göstərərək 400 bal toplayan Paşa İsbəndiyarlı Baku TV-yə uğurunun sirrini bölüşüb.

O qeyd edib ki, yüksək nəticə əldə etmək üçün, sadəcə, çox dərs oxumaq kifayət deyil. Əsas məsələ vaxtı düzgün bölmək və dərslərə ardıcıl şəkildə hazırlaşmaqdır:

“Uğurumun sirri dərslərə düzgün vaxt ayırmaq, günü planlı şəkildə bölməkdir. Məktəbə, hazırlıq kurslarına və fərdi dərslərə vaxtı düzgün ayırmaq lazımdır. Məncə, əsas məsələ çox oxumaq deyil, sistemli şəkildə çalışmaqdır”.

Paşa İsbəndiyarlının sözlərinə görə, hazırlıq dövründə sosial həyatdan tamamilə uzaqlaşmaq da düzgün deyil:

“Dostlarla görüşməyə, telefondan və sosial mediadan istifadəyə də müəyyən qədər vaxt ayırmaq lazımdır. Sadəcə, bunlar dərslərə mane olmamalıdır”.

Abituriyent gün ərzində dərsə ayırdığı vaxtın müxtəlif olduğunu bildirib. O, bəzi günlər beş-altı saat, bəzi günlər isə iki-üç saat çalışdığını deyib:

“Hətta dərs oxumadığım günlər də olurdu. Bu, günə görə dəyişirdi. Mən özüm 400 yığmağı gözləmirdim, amma bu həyatda hər şey mümkündür”.

Paşa İsbəndiyarlı maliyyə ixtisasını seçdiyini və Bakı Ali Neft Məktəbində təhsil almağı arzuladığını bildirib. O, gələcəkdə təhsilini xaricdə davam etdirməyi planlaşdırır.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 321 baxış
Seçilmişlər
icon