Pleyeri seçin:
"Əshabi-Kəhf" mağarasına üz tutan zəvvarların sayı artır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Əshabi-Kəhf” mağarası Culfa rayonunun keçmiş Haçaparaq kəndi ərazisində yerləşir.
Girişi güneydən başlanan mağara quzey istiqamətində dağın içərisinə doğru uzanıb gedir. Mağara dəniz səviyyəsindən 1 666 metr hündürlükdədir.
Dünyanın bir sıra bölgələrində “Əshabi-Kəhf” adı ilə tanınan mağaralar olsa da, “Qurani-Kərim”də adı keçən müqəddəs məkanın məhz buradakı ziyarətgahın olduğu iddia edilir.
“Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır. Mütəxəssislər hesab edirlər ki, bu möhtəşəm tarixi abidə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmalı və bəşər mədəniyyətinin incisi kimi dünyada tanıdılmalıdır.
Kopyalandı
#Əshabi-Kəhf mağarası teqi istifadə olunub
