"Euronews Academy" layihəsinin təlim proqramı jurnalistlərə nələr qazandıracaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” layihəsi çərçivəsində “Rəqəmsal Jurnalistika” mövzusunda növbəti təlim proqramı başlayıb.
Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, “Euronews Academy” proqramı beynəlxalq media təcrübəsinin jurnalistlərlə paylaşılması üçün mühüm platformadır.
Təlimdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, medianın inkişafı innovativ yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır. O qeyd edib ki, sözügedən beynəlxalq layihələr yerli jurnalistlərin rəqəmsal bacarıqlarının güclənməsinə və media mühitinin dayanıqlı inkişafına töhfə verir.
Təlimin ilk günü “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olublar. Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, videoanalizlərlə davam edib.
Qeyd edək ki, təlim proqramının növbəti günlərində “Sosial media və “YouTube” kanalının idarə olunması” və “Mobil jurnalistika” modulları üzrə sessiyalar keçiriləcək.
#Medianın İnkişafı Agentliyi teqi istifadə olunub
- MEDİA-dan əsassız iddialarla bağlı bəyanat - Baku TV
- MEDİA-dan Britaniya mediasına sərt reaksiya - Baku TV
- Medianın İnkişafı Agentliyi milli icmalarla bağlı açıqlama verdi - Baku TV
- Azərbaycanda bəzi İran KİV-lərinin fəaliyyəti qanunsuz sayıldı - Baku TV
- 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub - Baku TV
