Pleyeri seçin:

"Həkimin qəbulu azı 50 manatdır, nə edək?!" | Dəhşət yaşayan bu sakinlər nəyə aldanır? - Baku TV

26 iyun 2026 195 baxış

Sosial şəbəkələrdə dərman reklamları günü-gündən artır. Xüsusilə əczaçıların müxtəlif preparatları tövsiyə etməsi bəzi vətəndaşları həkim müayinəsi olmadan dərman qəbul etməyə təşviq edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həkim məsləhəti olmadan qəbul edilən dərmanlar ciddi fəsadlara səbəb ola bilər. Bunlara mədə qanaxmaları, kəskin böyrək çatışmazlığı, yüksək təzyiq krizləri və ürək-damar xəstəlikləri riski daxildir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qanunvericiliyə əsasən, Azərbaycanda yalnız reseptsiz satılan dərmanların reklamına icazə verilir. Reseptlə satılan dərmanların reklamı isə qadağandır.

Qeyd olunub ki, sosial şəbəkələrdə dövlət qeydiyyatından keçməyən dərmanların sifarişlə ölkəyə gətirilməsi ilə bağlı elanlar da yayılır. Bu isə qanunsuz hesab olunur və həmin məhsulların saxlanma, daşınma şəraitinə nəzarət etmək mümkün olmur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə vurğulanıb ki, satış məqsədi daşıyan və yanlış məlumat verən dərman reklamları istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, dərman reklamlarında həkimlə məsləhətləşmənin vacibliyi qeyd olunmazsa, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnə bilərlər.

Kopyalandı
Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
Seçilmişlər
icon