"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.
“Yolların bərbad halda olmasına görə maşın sıradan çıxır, “peredok” dağılır”, – sürücülərdən biri söyləyib.
Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür:
“Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda “Qurtuluş 93” MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.
#Masazır teqi istifadə olunub
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
