Pleyeri seçin:

"Heyifdir, torpaqda çürüməsin" | Öləndə başqasına həyat vermək istəyənlər nə etməlidir? - Baku TV

19 iyun 2026 389 baxış

Azərbaycanda orqan donorluğu mövzusu yenidən gündəmə gəlib. Buna səbəb bir neçə gün əvvəl avtomobil qəzasında həyatını itirən gənc qadının orqanlarının bağışlanması nəticəsində altı nəfərə yeni həyat şansının verilməsi olub.

Hadisə cəmiyyətdə orqan bağışlanmasına münasibətləri yenidən müzakirəyə çıxarıb.

Vətəndaşların bir qismi orqan donorluğunu müsbət qiymətləndirərək bunun başqa insanlara həyat bəxş etdiyini bildirirlər. Onların fikrincə, insan dünyasını dəyişdikdən sonra orqanlarının torpaqda çürüməsi əvəzinə ehtiyacı olanlara bağışlanması daha faydalıdır.

“Oğlum deyir ki, mən öləndə orqanlarımı bağışlayarsan. Qoy torpaqda çürüməsin, kimsə ondan istifadə etsin. Məni görmək istəyəndə gedib həmin insanları görərsən”, – deyə vətəndaşlardan biri qeyd edib.

Transplantoloqlar bildirirlər ki, 18-65 yaş arası sağlam şəxslər orqan donoru ola bilərlər.

“Canlı donordan əsasən böyrək və qaraciyərin bir hissəsi götürülür. Beyin ölümü baş vermiş şəxslərdən isə uyğun olduğu halda bir neçə orqanın transplantasiyası mümkündür”, – deyə tibb elmləri doktoru Rəşad Şolan əlavə edib.

Mütəxəssislər vurğulayırlar ki, orqan transplantasiyası ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insan üçün yeganə çıxış yoludur. Lakin donor sayının azlığı səbəbindən bir çox xəstələr uzun müddət növbə gözləməli olurlar.

Qeyd edək ki, hazırda Azərbaycanda orqan donoru olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək və ya onlayn qeydiyyatdan keçərək donor kimi qeydiyyata düşə bilərlər.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 389 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 389 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 389 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 389 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 389 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 389 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 389 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 389 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 389 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 389 baxış
Seçilmişlər
icon