Pleyeri seçin:

"İnancı olmayan filosof ola bilməz" | Elm və din arasında ziddiyyət nə vaxt yaranır? - AMİN

25 mart 2026 141 baxış

“Amin” verilişinin yeni buraxılışında filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovla fəlsəfə, istedad və inamın mahiyyəti müzakirə olunub.

Səlahəddin Xəlilov bildirib ki, filosof olmaq üçün əsas şərt fitri istedaddır:

“Mənə elə gəlir ki, filosof olmaq üçün əlavə heç nə lazım deyil. Çünki doğuluşdan kimdə filosofluğun rüşeyimi yoxdursa, ona nə qədər əlavə “su töksən”, o qab dolmayacaq. Yəni təməl olmalıdır. Bu, Allah vergisidir, istedaddır. Hər kəsə bir istedad verilir və fəlsəfə təkcə ağılla deyil, ağıl ilə qəlbin vəhdətindən yaranır. Qəlb təmiz saxlanmalıdır. Əgər qəlb “paslanıbsa”, sonradan fəlsəfəni bilik kimi öyrətmək olar, amma daxili fəlsəfi təfəkkürü üzə çıxarmaq mümkün deyil”.

Professor həmçinin Azərbaycan fəlsəfi irsinin zənginliyinə toxunub. O qeyd edib ki, ölkəmizdə filosof yoxdur deyənlər yanılır:

“Dünyanın ən böyük və ilk filosoflarından biri azərbaycanlı Zərdüştdür. Orta əsrlərə gəldikdə isə Nizami fəlsəfəsi, sufi və işraqilik kimi təlimlər var. Bu ideyalar Azərbaycan fəlsəfi düşüncəsinin təməlini təşkil edir və kökləri Zərdüştdən gəlir”.

Səlahəddin Xəlilov inam və şübhə məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, inamsız nə filosof, nə də alim olmaq mümkündür:

“İnanmayan adam filosof ola bilməz. Hətta alim də ola bilməz. Baxmayaraq ki, elmi düşüncədə şübhənin rolu böyükdür, amma elm yalnız şübhə üzərində qurula bilməz. Əvvəl inam, sonra şübhə gəlməlidir. Ümumiyyətlə, həyatda hər şey qütblərin tarazlığı ilə mümkündür. Yalnız şübhə və ya yalnız inam üzərində elm yarana bilməz”.

Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
"Nəsə bişirəndə bizə də göndərirlər" | Kərkicahan sakinlərinin günü necə keçir? - Baku TV

"Nəsə bişirəndə bizə də göndərirlər" | Kərkicahan sakinlərinin günü necə keçir? - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
“Seranit Azerbaijan” və “Sinerji Pro”dan təşəbbüs | Bakıda önəmli müzakirələr aparıldı - Baku TV

“Seranit Azerbaijan” və “Sinerji Pro”dan təşəbbüs | Bakıda önəmli müzakirələr aparıldı - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
Bura axşamlar bir başqa gözəldir... | Addım-addım dirçələn Xankəndi - Baku TV

Bura axşamlar bir başqa gözəldir... | Addım-addım dirçələn Xankəndi - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
Qubanın hansı kəndləri ilə bağlı qərar qəbul edildi? - Baku TV CANLI

Qubanın hansı kəndləri ilə bağlı qərar qəbul edildi? - Baku TV CANLI

Cəmiyyət
12 may 2026 141 baxış
"Adını yaza bilmir" | 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? | "Müalicə etdirə bilmirəm” - Baku TV

"Adını yaza bilmir" | 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? | "Müalicə etdirə bilmirəm” - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
"Biz təhsil almalıyıq ki..." | Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı - Baku TV

"Biz təhsil almalıyıq ki..." | Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
Yurd həsrəti bitən şəhid ailəsi | "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." - Baku TV

Yurd həsrəti bitən şəhid ailəsi | "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
Büdcəyə uyğun keyfiyyətli avtomobil axtarırsınızsa, "Wuling Alvez" tam sizlikdir! - Baku TV

Büdcəyə uyğun keyfiyyətli avtomobil axtarırsınızsa, "Wuling Alvez" tam sizlikdir! - Baku TV

Cəmiyyət
12 may 2026 141 baxış
Qaraciyəri təbii yolla təmizləyən əsas qidalar

Qaraciyəri təbii yolla təmizləyən əsas qidalar

Cəmiyyət
12 may 2026 141 baxış
Seçilmişlər
icon