Pleyeri seçin:

"İpək yolu" rallisi Bakıya çatdı | "1 ildir ki, buna hazırlaşırdıq" - Baku TV

13 may 2026 348 baxış

“İpək yolu” rallisi Bakıya çatıb.

Rallinin təşkilatçısı Nadir Serin jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin təşkili olduqca çətin prosesdir. Onun sözlərinə görə, ralliyə hazırlıq işləri bir il davam edib.

Nadir Serin qeyd edib ki, əsas çətinliklərdən biri 19 ölkədən keçərək bu regiona çatmaq olub:

“Avropadan Türkiyəyə gəlmək o qədər də çətin deyil. Amma Türkiyədən sonra bu coğrafiyaya gəlmək asan olmur. Sərhəd keçidləri, eləcə də keçdiyimiz ölkələrdə insanların bizi tanıması müəyyən çətinliklər yaradır. Bildiyiniz kimi, pandemiyadan sonra Azərbaycana avtomobillə giriş məhdudlaşdırılıb. Buna baxmayaraq, Azərbaycan hökuməti, xüsusilə Ankaradakı səfirlik və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə bizə xüsusi icazə verildi. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Hazırda burada 10 avtomobil və 18 iştirakçı ilə təmsil olunuruq. Yarışda Almaniya, Avstriya, İtaliya, Türkiyə və İngiltərədən iştirakçılar var”.

Rallinin iştirakçılarından Gülay Karakimseliler də təəssüratlarını bölüşüb.

O bildirib ki, yarışa Türkiyədən qoşulsa da, marşrut Almaniyadan başlayıb:

“Bakını çox bəyəndik. Təəssüf ki, sabah səhər gəmi ilə yola düşəcəyik. Burada daha bir gün qalmaq istərdik. Amma bu, Bakıya son gəlişimiz olmayacaq. Şəhəri yenidən görmək üçün geri qayıdacağıq”.

Kopyalandı
Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 348 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 348 baxış
Seçilmişlər
icon