Pleyeri seçin:

"Kimi göndərsələr, işə onu götürəcəyəm" | Murad Nadirovun şikayəti ilə bağlı qurumdan açıqlama

26 noyabr 2025 885 baxış

Qaxın Şotavar kənd sakini, 29 yaşlı Murad Nadirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, bir müddət əvvəl heç bir xəbərdarlıq edilmədən işindən xaric edilib.

O, rayonun Qorağan kənd tam orta məktəbində ocaqçı kimi işləyib.

2 uşaq atası olan Murad Nadirov deyir ki, aidiyyəti qurumlara ünvanladığı müraciətləri cavabsız qalıb:

“2024-cü ilin noyabrın 15-də Qax rayonu Səfər Rəhimov adına tam orta məktəbdə ocaqçı vəzifəsinə təyin olunmuşam. 2025-ci ilin aprel ayına qədər həmin məktəbdə mövsümi işçi kimi müqavilə əsasında 5 ay çalışmışam. Aprelin 15-də mövsüm bitdiyi üçün işimə xitam verildi. 2025-ci ilin noyabr ayında yeni mövsüm başlayanda məktəbin direktoru Günel Orucovaya yaxınlaşıb yenidən işə qəbul olunub-olunmayacağımı soruşdum. O bildirdi ki, məşğulluq xidməti vasitəsilə göndəriş olarsa, məni işə götürəcək.

Daha sonra məşğulluq idarəsinə müraciət etdim, orada isə dedilər ki, yuxarıdan kim göndərilərsə, göndəriş o şəxsə veriləcək. Şəki Regional Təhsil İdarəsində Alqış Həsrətov da eyni cavabı verdi. Mənim üçün anlaşılmaz olan odur ki, heç bir xəbərdarlıq edilmədən, işimdə hər hansı pozuntu olmadan məni işdən kənarlaşdırıb yerimə başqa şəxsi işə götürüblər”.

Murad Nadirovun şikayəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, ‎Şotavar kənd sakini Murad Nadirov 2024-cü ilin 15 noyabr tarixindən 2025-ci ilin 15 aprel tarixinədək Qorağan kənd tam orta məktəbində müddətli əmək müqaviləsi əsasında mövsümi ocaqçı vəzifəsində çalışıb:

“Əmək müqaviləsinin müddəti başa çatdığı üçün 15 aprel 2025-ci il tarixində məktəb direktorunun müvafiq əmri ilə onunla bağlanan əmək münasibətlərinə xitam verilib. Hazırda təhsil müəssisəsi üzrə və Şəki-Zaqatala Regional Məşğulluq Mərkəzində mövcud növbəlilik sırasına əsasən birinci olan Aynurə Əliyeva həmin təhsil müəssisəsinə mövsümi ocaqçı vəzifəsinə təyin olunub.

Məlumat üçün bildiririk ki, təhsil müəssisələrində texniki işçilərin işə qəbulu mövcud qaydalara uyğun olaraq növbəlilik prinsipi əsasında həyata keçirilir”.

Banner
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 885 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 885 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 885 baxış
Seçilmişlər
icon