"Maşın dağılıb gedir" | Qaş düzəldərkən göz çıxardılar | "Asfaltı vururlar, sonra..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yolun yararsız vəziyyətdə olması vətəndaşların narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə qeyd edilib ki, bir neçə ay əvvəl ərazidə aparılan təmir işlərindən sonra yolun asfalt örtüyü hələ də çəkilməyib. Bu isə qəzaların və tıxacların yaranmasına səbəb olur.
Sürücülərdən biri məsələyə belə münasibət bildirib: “Asfaltı vururlar, amma iş bitdikdən sonra yenidən qazıntı aparırlar. Bu qazıntılar əvvəldən hesablansa, olmaz?!”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan sutəmizləyici qurğunun inşası istiqamətində tikinti-quruculuq işləri davam etdirilir:
“Layihənin icrası nəticəsində ərazidə formalaşan tullantı sularının maneəsiz və təhlükəsiz şəkildə daşınması təmin olunacaq, yeni infrastruktur formalaşdırılacaq, mövcud kanalizasiya sistemi təkmilləşdiriləcək və şəbəkələrin ötürücülük qabiliyyəti artırılacaq”.
#Lökbatan teqi istifadə olunub
- Lökbatanda uzun müddətdir təmir olunmayan yol sakinləri narahat edir
- Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV
- Lökbatanda ölümlə üz-üzə | Sürücüləri gözləyən təhlükə - Baku TV
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- "Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
