"Məni çəkmə, get..." | Burada yaşayanların həyatını heçə sayanlar kimlərdir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhərdə aparılan tikinti işləri bəzi sakinlər üçün ciddi problemlər yaradır. Köçürülməyə razılaşmayan vətəndaşlar səs-küy, toz-duman və təhlükəsizlik riskləri ilə üz-üzə qalırlar.
Baku TV-nin əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün tikinti işləri aparılan ərazilərdən birində olub.
“Tikinti zamanı bura bir dəfə uçdu, dağıldı. Uşaq var, böyük var, hamı qorxu içindədir. Kimə deyək? Şikayət edirik, eşidən yoxdur”, – deyə sakinlərdən biri bildirib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, tikinti aparılan ərazilərdə təhlükəsizlik məsələsi mütləq ön planda olmalıdır:
“Ətrafda məskunlaşan sakinlərin həyat və sağlamlığı üçün heç bir təhlükə riski yaranmamalıdır”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti meydançasında yanğın təhlükəsizliyinin, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitinin təmin edilməsi, həmçinin tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsi sifarişçi təşkilatın birbaşa vəzifəsidir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri zamanı yarana biləcək təhlükələrdən qorunması və mümkün qəzaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir.
#Tikinti işləri teqi istifadə olunub
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- 176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV
- “Ay xanım, əlaqəm yoxdur, tamaşa edirəm" | Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - Baku TV
- Masazırda xaotik tikililər narahatlıq yaradır
