Pleyeri seçin:

"Moskviç"lə Bakıdan Londona gedən aparıcı Fərid Rəsulun başına nələr gəldi? - QAPQARA

07 oktyabr 2024 360 baxış

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı aparıcı Fərid Rəsul olub.

17 yaşından televiziyada fəaliyyət göstərən aparıcı ona uğur qazandıran layihəsindən bəhs edib:

“Məni mən edən veriliş “İş həmişə var” olub. Bu işim mənim üçün bir növ həyat tərzinə çevrilmişdi. Düşündüm ki, bu layihəni həyata keçirmişəmsə, ondan aşağı səviyyəli iş görə bilmərəm. 2013-cü ildən 2020-ci ilə qədər davam edən veriliş həyatımı dəyişdi, hər şeyimi o layihəyə borcluyam.

Çox çətin bir proqram idi. İndi də onun bənzəri yoxdur. Bu formatı çalışdığım kanalın rəhbərliyinə təqdim edəndə ilk başlarda mənə inanmamışdı. Bir neçə bölüm yayımlanandan sonra isə insanlar artıq məni tanıyır, “bu, zibillikdə veriliş çəkən oğlandır?” deyirdilər. Belə bir proqramın televiziyada reytinq toplaması ilə gördük ki, tamaşaçıya bu cür layihələr də maraqlıdır”.

Fərid Rəsul həmçinin qarşılaşdığı çətinliklər haqqında da danışıb:

“İş həmişə var” verilişinin çəkildiyi ilk zamanlar kirayədə qalırdım. Artıq bundan bezmişdim. Düşünürdüm ki, nə olsa da, ipoteka ilə ev almalıyam. Bunun üçün yaşamağa başladım. Özümə dedim ki, elə verilişlər hazırlamalıyam ki, bu məqsədimə çata bilim. Zamanla yaxşı təkliflər, reklamlar gəlməyə başladı. Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam, orada yaşayıram”. 

Kopyalandı
Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 360 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 360 baxış
Seçilmişlər
icon