"O qızı qaytarıb gətirirdik evə" | Şabran sakini sosial şəbəkədən, boşanmadan danışdı - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Şabran sakini Malik Həmidov olub.
Malik Həmidov ovaxtkı məktəb mühiti ilə indikini müqayisə edib:
“Əvvəllər məktəb direktoru kimi çalışmışam. O vaxtlar təhsil ocaqlarında vəziyyət tamam başqa idi. Uşaqlar da, böyüklər də müəllimə hörmət edirdilər. Şagirdin qulağını çəkəndə bunu evdə valideynlərinə demirdi. Çünki onlar da buna görə uşağı cəzalandırırdılar. Müəllim həm də şagirdin kefi olmayanda başına sığal çəkər, nəvaziş göstərərdi. İndi isə bunu səhv anlayıb “müəllim qızımın başına əl vurdu” deyirlər”.
Şabran sakini həmçinin o dövrün ailə dəyərlərindən bəhs edib:
“Keçmişdə ailələr daha möhkəm idi, boşanmalar az olurdu. Qızla oğlan arasında mübahisə yarananda böyüklər araya girər, onları barışdırardılar. Cavanlar da ağsaqqal-ağbirçək sözünü dinləyərdilər. Ailəni möhkəm saxlayan əsas dəyərlərdən biri hörmətdir. Gəlin evdə qayınana və qayınatasına sayğı göstərməlidir. Çətinliklər olanda dözmək lazımdır”.
#Şabran teqi istifadə olunub
- "Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV
- Burada içməli su tapmaq lüks sayılır | Kənd əhalisi niyə susuz qalıb? - Baku TV
- “Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV
- "Bu kənd tarixdən silinir!" | Sakinlər qorxu içində | "Belə şey Allaha xoş gedər?!" - Baku TV
- “Qorxudan yatmırıq” | İnsanların həyatını kabusa çevirdilər: "Qəbiristanlıqda da olur" - Baku TV
