"Qanpulu"nu alanda insan dirilir?!" | "Ən böyük günahdır!" | "Qanpulu” istəmək qanunidir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ölümlə nəticələnən qəzalar üzrə məhkəmə proseslərində müttəhim və zərərçəkmiş tərəfin məhkəmədən kənar anlaşma halları tez-tez üzə çıxır. Yüksək məbləğdə pul və əmlak tələbləri hətta proses zamanı iclas zalında da açıq səslənir.
Belə iddialar həm tiktoker “Arzum 9999” ləqəbli İlduzə Hacıyevanın, həm də həkim Azər Maqsudovun cinayət işində səslənib. Məsələn, İlduzə Hacıyeva qarşı tərəfin ondan 100 min manat istədiyini iddia edib. Azər Maqsudov isə məhkəmədə zərərçəkmiş tərəfin əvvəlcə 2 mənzil, daha sonra isə 400 min manat tələb etdiyini bildirib.
Məsələ ilə bağlı fikirlərini bölüşən vətəndaşlar belə tələblərə birmənalı yanaşmayıblar. Bəziləri hesab edir ki, təqsirkar şəxs dəfn, mərasim və müalicə xərclərini ödəməli, zərərçəkmiş ailəyə müəyyən köməklik göstərməlidir. Lakin ev, avtomobil və yüksək məbləğdə pul tələb olunması doğru hesab edilmir.
“Qanpulu”nu alanda insan dirilir? Bu, yaxşı bir şey deyil”, “Qanpulu” istəmək ən böyük günahdır”, – deyə sakinlər qeyd ediblər.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, “qanpulu” anlayışı müasir hüquq termini deyil. daha çox dini termindir. Tarixin müxtəlif dövrlərində şəxs hər hansı cinayət törədir va ya kimisə qətlə yetirirdisə, buna görə qanı bahasına cavab verməli idi. Müasir hüquq isə “qanpulu” anlayışını qəbul etmir:
“Qətl, yol-nəqliyyat hadisəsi və ya digər hadisə nəticəsində şəxs həyatını itirdikdə zərərçəkmiş tərəflə barışıq əldə oluna və vurulan maddi zərər ödənilə bilər. Lakin qanunvericilikdə konkret olaraq “qanpulu” adlı anlayış yoxdur”.
Hüquqşünas bildirib ki, ölkəmizdə bu cür hallara, əsasən, yol nəqliyyat hadisələri və doğuş zamanı baş verən ölümlərdə rast gəlinir. Zərərçəkənin hüquqi varisləri ölən şəxsdən bəzən alver predmeti kimi istifadə edib, pul istəyirlər:
“Zərərçəkmiş tərəflə barışıq dedikdə, ona külli miqdarda pul verilməsi nəzərdə tutulmur. Bu məsələ hüquqla yanaşı, əxlaq və etika baxımından da qiymətləndirilməlidir. Barışığın mahiyyəti qarşı tərəfdən külli miqdarda pul almaqdan ibarət deyil”.
#İlduzə Hacıyeva teqi istifadə olunub
- Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI
- "Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV
- Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV
- Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV
- Tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti proses keçirilir - Baku TV
