Pleyeri seçin:

"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

16 may 2024 361 baxış

Bərbərlik qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılıb. Bu sənət ellinizmin əsəridir.

Bərbərliyi ticarətə çevirənlər isə siciliyalılar olub. Bərbərlər tarix boyu dəllək, dişçəkən, sınıqçı, qançıxaran olublar. Qədim Romada qladiatorlar döyüş vaxtı yaralandıqda həkimlər onlara baxmaqdan üz döndərərdilər. Bu zaman ara həkimi hesab edilən dəlləklər onların müalicəsini boyunlarına götürürdülər.

Bərbərliyi istifadə etdiyi texnologiya ilə mükəmməlləşdirənlər müsəlmanlar olublar. Çünki orta əsr dövrünün müsəlman kişiləri, xüsusilə də imkanlı gəncləri hər gün bərbərə müraciət edir, vaxtlarının çoxunu saqqalarına xüsusi şəkil və forma vermək üçün sərf edərdilər. Müsəlman saç və geyim dəbi o qədər sürətlə yayılmışdı ki, xristianların bu dəbə aludə olmamaları üçün Roma papalarının xüsusi fərmanları var idi. Ancaq o zamanlar bu fərmanlar elə də işə yaramırdı.

Tarixdə saqqalı qadağan edən sərkərdələr də az olmayıb. I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin etmişdi. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi.

Azərbaycanda bərbərliyin tarixi qədim olsa da, bu sənət hamamlarda inkişaf etdiyindən haqqında o qədər də məlumata rast gəlinmir.

Bığ-saqqal qədim Azərbaycanda bir az da mötəbərlik, zadəganlıq əlaməti sayılıb. Kişinin bığı onun namusu hesab olunub. Hətta el arasında bununla bağlı belə bir atalar sözü də var: kişinin bığına, qadının saçına, atın quyruğuna toxunmazlar.

Osmanlı tarixində də bığ mərdliyin, igidliyin və qəhrəmanlığın simvolu sayılıb. Bığsız kişinin hörməti bığlıya nisbətən daha az olub. İttihad və Tərəqqi dönəmində Türkiyədəki siyasətçilərin bığı alman tərzində olub. Mustafa Kamal Paşadan tutmuş, sözügedən dönəmdə iz qoymuş bütün paşaların bığları alman tərzi idi: yuxarıya doğru və ucu iti formada. 

Kopyalandı
Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 361 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 361 baxış
Seçilmişlər
icon