"Siz necə insanlarsınız?!" - Ölən işçinin qardaşı özündən çıxdı | Qobustanda faciə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı ərazidə su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib. Nəticədə hər iki şəxs torpaq altında qalıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.
Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.
“Bu insanın işi bu deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya ilə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı”, – deyə o əlavə edib.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
