"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu ərazisində mərkəzi küçələrdən biri olan Əhməd Rəcəbli küçəsi qəzalı vəziyyətdədir.
Belə ki, yolun Ziya Bünyadov prospekti istiqamətindən "Nəriman Nərimanov" metrostansiyası tərəfə hərəkət hissəsində çökmələr və çalalar yaranıb.
Məlumata görə, sözügedən yol 2024-cü ilin oktyabr ayında təmir olunub. Lakin qısa müddət keçməsinə baxmayaraq, yenidən deformasiyaya uğrayıb.
Bu vəziyyət xüsusilə həmin istiqamətdə hərəkət edən sürücülər üçün ciddi çətinlik yaradır. Sürücülərin sözlərinə görə, yolun müxtəlif hissələrində yaranan nahamarlıqlar həm nəqliyyat vasitələrinin hərəkətinə mane olur, həm də təhlükəsizlik baxımından risk yaradır.
"Təzə təmir olunmuşdu, amma yenə eyni vəziyyət yaranıb. Sürətlə gələndə çalalar qəfil qarşımıza çıxır", – deyə sürücülərdən biri narazılığını bildirib.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
