"Tibbi yardım deyir ki, xəstəni özünüz gətirin" | Ağdaşda illərdir dəyişməyən yol problemi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunun Aşağı Ləki kənd sakinləri uzun illərdir yol problemindən əziyyət çəkdiklərini deyirlər.
Sakinlərin sözlərinə görə, kəndin 15 kilometrlik yolunda asfalt örtüyü yoxdur.
Sakinlər söyləyiblər ki, yay aylarında ərazidə güclü toz, payız və qış aylarında isə yağış və qar səbəbindən palçıq yaranır. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sakinlərin gündəlik həyatına ciddi problemlər yaradır.
Vətəndaşlar bildiriblər ki, xüsusilə məktəbə gedən uşaqlar çətinliklərlə üzləşirlər. Bəzi valideynlər övladlarını yağışlı havalarda məktəbə maşınla aparıb-gətirməyə məcbur olurlar.
Sakinlər yolun vəziyyətinə görə təcili tibbi yardımla bağlı da problem yaşadıqlarını deyiblər: “Xəstə olanda təcili yardıma zəng edirik. Kəndin adını biləndə deyirlər ki, özünüz maşınla rayona gətirin, yol pis olduğuna görə biz ora gedə bilmirik”.
#Ağdaş teqi istifadə olunub
- Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV
- Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI
- Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV
- Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI
- Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV
