"Toyumuz musiqisiz oldu, 10-cu sinifdə oxuyanda..." - Hamının danışdığı nənə-baba - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV əslən Yardımlı rayonunun Zevin kəndindən olan Bayram Şıxəliyev və Maral Bağışova cütlüyünün evindən reportaj hazırlayıb.
Reportajda onlar sevgi hekayələrindən bəhs ediblər.
Bayram Şıxəliyev deyir ki, 44 ildir Maral xanımla evlidir. O, həyat yoldaşını dərs dediyi məktəbdə gördüyünü söyləyib.
“Mən əsgərlikdən gələndə Maral 10-cu sinifdə oxuyurdu. Onu sevdiyimi valideynlərimə dedim. Ailələrimiz bir-birlərini yaxşı tanıyırdı. Onlar da razılığa gəldi, evləndik. Biz dindar ailə olduğumuz üçün toyumuz musiqisiz oldu”, – deyə o əlavə edib.
Maral Bağışova isə yoldaşı ilə uzunömürlü evliliklərinin sirrini bölüşüb:
“Bir-birimizi hər zaman başa düşmüşük. Aramızda heç vaxt inciklik olmayıb. Biri od olanda, digəri su olmalıdır. Səbrli olmağı bacarmaq lazımdır”.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
