"Uşaqlar oraya necə getsin?!" | Kəndin yeganə məktəbi bağlanır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarın Günəşli kəndində məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər sakinlərin narahatlığına səbəb olub.
4 minə yaxın sakinin yaşadığı kəndin yeganə təhsil ocağı olan 9 illik məktəbdə hazırda 210 şagird təhsil alır.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, məktəbin fəaliyyətinin dayandırılması və ya başqa məktəblə birləşdirilməsi çətinliklərin yaranmasına səbəb olacaq.
“Şagirdlər başqa məktəbə getmək üçün 7 km yol qət etməlidirlər. Uşaqlar oraya necə gedib-gəlsinlər?!”, “Başçı vətəndaşlara deyib ki, məktəb bağlanmalıdır”, – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirilib ki, məktəb 9 illik olduğu üçün təhsil müəssisəsinin optimallaşdırılması və qonşu kənd məktəbi ilə birləşdirilməsi məsələsi 2024-cü ildə müzakirə olunub.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən isə məktəbin bağlanacağı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunub.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
