Pleyeri seçin:

"Uzundərə" rəqsinin istifadə edildiyi Fransa cizgi filmi hansıdır? | ARAŞDIRMA

28 iyul 2024 476 baxış

Baku TV-də dünya cizgi filmlərində Azərbaycan musiqisi mövzusunda araşdırma materialı yayımlanıb.

Bu mövzuda hər kəsin ağlına ilk gələn “Nu, poqodi” cizgi filmidir. “Nu, poqodi”nin seriyalarının birində Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı səslənib.

Bundan başqa, uşaqlar üçün hazırlanmış daha bir sovet ekran əsərində – “İt və pişik” cizgi filmində biz “Uzundərə” rəqsini eşidirik. Lakin cizgi filminin titrlərində erməni bəstəkar Aram Xaçaturyanın adı yazılıb.

“Uzundərə” rəqsinin istifadə edildiyi daha bir ekran əsəri, Fransa istehsalı olan "Səmərqəndin qızıl evi" cizgi filmidir. Cizgi filmində Ənvər Paşa, Rasputin kimi şəxslərin də obrazı var. Hekayənin əsas qəhrəmanı olan Korto Maltese Makedoniyalı İskəndərin xəzinəsini tapmaq üçün Səmərqəndə yola düşür. Onun yolu əvvəlcə Anadoludan, Konyadan keçir. Burada ibadət əhli olan Konya səmazənləri "Uzundərə" ritmləri altında ilahi rəqs edirlər. Türküstana çatanda isə Korto Maltesenin yolu Ənvər Paşa və onun partizan dəstəsi ilə kəsişir. Həmçinin cizgi filmində Ənvər Paşanın necə qəhrəmanlıqla şəhid olduğu göstərilib.

Rusiyanın məşhur “Maşa və ayı” cizgi serialının Azərbaycana həsr edilmiş iki bölümündə biz iki Azərbaycan musiqisini eşidə bilərik. Bir bölümdə Maşa öz oyuncaqlarına “Məlikməmməd” nağılını danışır. Seriya Maşanın bu sözləri ilə başlayır: “Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayırlar. Bu nağılı da elə onlar mənə danışıblar”.

Məlikməmmədin quyuya düşməsi anında Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycana məxsus qədim xalq mahnısı olduğunu deyir. “Maşa və ayının” digər bölümündə isə Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum hekayəsi Maşanın dilindən nəql edilir. Biz burada Ramiz Mirişlinin bəstəsi olan "Tıq-tıq" xanımın mahnısını rus dilində eşidə bilərik.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 476 baxış
Seçilmişlər
icon