Pleyeri seçin:
"Yaradana inanmayan elə insandır ki..." | İnsanı dinə yaxınlaşdıran nədir? - AMİN
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Amin” verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında şair Rauf Qaraişıqla Vətən, din və şəxsiyyət mövzuları müzakirə edilib.
Uşaqlıqda bəzi möcüzəli hadisələrlə qarşılaşdığını söyləyən Rauf Qaraişıq bildirib ki, o zamanlar bunların səbəblərini dərk etməyib:
“Tələbə olanda artıq dinləri araşdırmağa başladım. Beş il hər gün “Quran” oxudum. Bundan sonra bəzi məsələləri anladım”.
Rauf Qaraişıq həmçinin insanı Allaha yaxınlaşdıran səbəblərdən bəhs edib:
“Mən böyük itkilər verəndən sonra Allaha yaxınlaşdım. Buna görə mənə elə gəlir ki, insanın dünyada sığınacaq heç kimi qalmayanda, ümidi tükənəndə o, Yaradana yaxınlaşır”.
Kopyalandı
