Qurban Qurbanov artıq bu işlə məşğul olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov yeni biznes sahəsinə qədəm qoyub. Təcrübəli mütəxəssis idman geyimlərinin satışı ilə məşğul olacaq şəxsi şirkətini təsis edib. Onun şirkəti "Adidas", "Joma" və "Jako" kimi tanınmış idman brendlərinin Azərbaycanda rəsmi distribütoru kimi fəaliyyət göstərəcək. Şirkət artıq bəzi yerli klublarla əməkdaşlığa başlayıb; "Zirə", "Turan Tovuz" və "Şəfa" klubları idman geyimlərini və dəstlərini Qurbanovun şirkətindən sifariş edir. Həmçinin, mediada "Şəfa" klubuna edilən jestlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib: "Şəfa"nın sifariş etdiyi "Jako" formalarının çatdırılması gecikdiyi üçün, şirkət onlara müvəqqəti olaraq anbarda olan "Adidas" formalarını təqdim edib.
#Qurban Qurbanov teqi istifadə olunub
- İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV
- Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyəti barədə nə dedi? - Yeni idman xəbərləri - Baku TV
- Qurban Qurbanovdan “Tvente” ilə matç barədə diqqətçəkən açıqlama | Yeni idman xəbərləri - Baku TV
- “Fənərbağça” və “Beşiktaş”dan sürpriz transferlər | Yeni idman xəbərləri - Baku TV
- Qurban Qurbanov "Dinamo" ilə oyundan əvvəl sualları cavablandırıb - Baku TV
