Qurbanların sayı durmadan artır | Bu dələduzluqdan özümüzü necə qoruyaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Son 1 həftə ərzində dələduzlar vətəndaşların bank hesablarından 180 min manatdan çox pul oğurlayıb. Son zamanlar, demək olar, bütün informasiya platformalarında kiberhücumlarla bağlı kifayət qədər məlumat paylaşılsa da, belə dələduzların qurbanları günbəgün artır.
Dələduzlar vətəndaşları aldatmaq üçün adətən özlərini ya bank əməkdaşı, ya da süni intellekt vasitəsilə səs eyniləşdirilməsi aparıb zərərçəkənin qohumu cildində təqdim edirlər. Vətəndaş bir də ayılır ki, pulu oğurlanıb.
Ekspertlər arzuolunmaz hallardan qorunmaq üçün 2 yol təklif edirlər.
“Xarici nömrələrdən gələn zənglərə diqqət etmək lazımdır. Bank və ya dövlət qurumu adı ilə müraciət olunursa, bu, dələduzluq növüdür. Bundan əlavə, heç kimə bizə məxsus olan məlumatları ötürməməliyik. Bununla da özümüzü bütün təhlükələrdən qorumuş olarıq”, – deyə İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib.
#Kiberdələduzluq teqi istifadə olunub
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- “Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV
- Kiberdələduzlar yeni üsula əl atdı | Şəxsi məlumatlarınız ələ keçirilə bilər - Baku TV CANLI
- Saxta profillər, bank kartları, qumar saytları – böyük şəbəkə üzə çıxdı - Baku TV CANLI
- Dövlət qulluqçuları və polis əməkdaşlarının adından insanları belə aldadırmışlar - Baku TV
