Quru qoşunlarında səmti müəyyənetmə yarışı keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Quru Qoşunlarının 2023-cü tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
Yarışlara cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar.
Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda da mübarizə aparıblar.
Sonda Quru Qoşunlarının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən ediblər. Hakimlərin qərarına əsasən “Hadrut” yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. “Bakı” və “Kəlbəcər” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
Azərbaycan Ordusunda keçiriləcək səmti müəyyənetmə birinciliyində Quru Qoşunlarını təmsil edəcəklər.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
