Pleyeri seçin:

Qürurverici görüntülər | Şəhid qızları “Kökümüzə Qayıdış” adlı yürüşdə iştirak etdilər - Baku TV

26 noyabr 2026 33 baxış

"Kökümüzə Qayıdış" layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib.

Yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri, habelə ictimai fəal xanımlar iştirak ediblər.

Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını özündə əks etdirib.

Qeyd edək ki, layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə və köklərimizə bağlılığı ifadə edir. "Kökümüzə Qayıdış" yalnız bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin birlik, sevgi və yaşadılan ənənələrlə gələcək nəsillərə ötürülməsinə xidmət edir. 

Kopyalandı
Banner
Azərbaycanda ortaaylıq maaş 1173 manata çatsa da, vətəndaşa bəs etmir? - AKTUAL GÜNDƏM

Azərbaycanda ortaaylıq maaş 1173 manata çatsa da, vətəndaşa bəs etmir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
26 noyabr 2026 3 baxış
62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Baku TV

62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Baku TV

Cəmiyyət
26 noyabr 2026 26 baxış
"Şəxsidir, öz qiymətini qoyur" | Köhnə qarajların qiyməti niyə əl yandırır? - Baku TV

"Şəxsidir, öz qiymətini qoyur" | Köhnə qarajların qiyməti niyə əl yandırır? - Baku TV

Cəmiyyət
26 noyabr 2026 37 baxış
Çoxmərtəbəli binaya niyə istilik verilmir?

Çoxmərtəbəli binaya niyə istilik verilmir?

Cəmiyyət
26 noyabr 2026 52 baxış
Əhalinin nəzərinə | Sabah hava küçəyə çıxmağı çətinləşdirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Sabah hava küçəyə çıxmağı çətinləşdirəcək? - Baku TV CANLI

Cəmiyyət
26 noyabr 2026 79 baxış
“Araz”da təzə və keyfiyyətli balıq məhsulları münasib qiymətə | Festival neçə gün davam edəcək?

“Araz”da təzə və keyfiyyətli balıq məhsulları münasib qiymətə | Festival neçə gün davam edəcək?

Cəmiyyət
26 noyabr 2026 86 baxış
Psixoloji dəstək hər kəsin cibinə uyğundurmu? - Baku TV CANLI

Psixoloji dəstək hər kəsin cibinə uyğundurmu? - Baku TV CANLI

Cəmiyyət
26 noyabr 2026 73 baxış
Köhnə Günəşli sakinləri kanalizasiya suyuna görə istilikdən məhrum qaldılar? - Baku TV

Köhnə Günəşli sakinləri kanalizasiya suyuna görə istilikdən məhrum qaldılar? - Baku TV

Cəmiyyət
26 noyabr 2026 94 baxış
Səbail rayonunda tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilir - Baku TV

Səbail rayonunda tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilir - Baku TV

Cəmiyyət
26 noyabr 2026 80 baxış
Mingəçevirin unudulan mərkəzi küçəsi | Qışda palçıq, yayda antisanitar vəziyyət... - Baku TV CANLI

Mingəçevirin unudulan mərkəzi küçəsi | Qışda palçıq, yayda antisanitar vəziyyət... - Baku TV CANLI

Cəmiyyət
26 noyabr 2026 89 baxış
Seçilmişlər
icon