"Şəxsidir, öz qiymətini qoyur" | Köhnə qarajların qiyməti niyə əl yandırır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İllər əvvəl inşa edilən qarajların görünüşü və vəziyyəti onların qiyməti barədə müəyyən təsəvvür yarada bilər. Lakin satış elanlarında göstərilən qiymətlər heç də bu təsəvvürlə üst-üstə düşmür. Müasir şəraiti olmayan bu qarajlar kifayət qədər yüksək məbləğə təklif olunur.
Bəs bu bahalaşmanın səbəbi nədir?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qarajların qiymətinə təsir edən əsas amillərdən biri onların yerləşdiyi ərazidir. Xüsusilə qeyri-yaşayış obyektinə çevrilən qarajların dəyəri daha da artır.
Ekspert bildirir ki, belə obyektlərin qiyməti bir neçə 100 min manata qədər yüksələ bilər:
“Bunlar daha çox kiçik market, avtoyuma məntəqəsi və bu tip fəaliyyət sahələri üçün istifadə olunur. Qarajlar qeyri-yaşayış obyektlərinə çevrildikdən sonra onların icarə qiyməti artır və satış qiymətlərində də kəskin artımlar müşahidə olunur. Daşınmaz əmlakın satış qiymətinə təsir edən əsas amillər, ilk növbədə, onun yerləşdiyi ərazi və sənədləridir. Daş qarajlar bu baxımdan iki hissəyə bölünür. İlkin olaraq qaraj kimi istifadə edilən tikililərə texniki pasport verilir. Daha sonra isə sahibləri həmin qarajlar üçün qeyri-yaşayış sahəsi üzrə çıxarış əldə edirlər. Beləliklə, həmin əmlaklar artıq qaraj kimi deyil, qeyri-yaşayış obyekti kimi rəsmiləşdirilir və satış qiymətləri də bu təyinat üzrə müəyyən olunur”.
#Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti teqi istifadə olunub
- Kombilərlə bağlı ciddi dəyişiklik | Yeni qayda mənzil qiymətlərini artıracaq? - Baku TV
- Bakının hansı rayonlarında mənzillər bahalaşıb? - Baku TV
- İstismar müddəti bitmiş binaların söküntüsünə başlanacaq | Hansı ərazilər plana düşüb? - Baku TV
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ilin yekunlarına həsr olunan hesabat toplantısı - Baku TV
- Bu il neçə min yaşayış binası tikilib? | Statistika açıqlandı
