Qusarda yararsız hala düşən yol nə vaxt təmir olunacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar şəhəri ərazisində, Qusarçayın ətrafından keçən yol yararsız vəziyyətə düşüb.
Yolda iri gölməçələr yaranıb, asfalt örtüyü isə ciddi şəkildə dağılıb. Bu səbəbdən sürücülər hərəkət zamanı çətinliklərlə üzləşirlər.
Qeyd edək ki, sözügedən yol turizm baxımından da mühüm əhəmiyyət daşıyır. Belə ki, Şahdağ istiqamətinə gedən turistlərin böyük əksəriyyəti şəhər mərkəzinə daxil olmadan məhz bu yoldan istifadə edərək Şahdağ yoluna çıxırlar.
Sakinlərdən birinin sözlərinə görə, yolun vəziyyəti ciddi narahatlıq doğurur:
“Dar yerdir, həm sol, həm də sağ tərəfi dağılıb. Ortasında isə iri çuxur var. Dəfələrlə burada qəza baş verib. Bu yoldan tez-tez istifadə edirəm. Əsas yoldur. Şəhərə gələnlər şəhərin içinə girmədən birbaşa bazara, Qubaya və Şahdağa getmək üçün bu yoldan müntəzəm istifadə edirlər. Yolun bu vəziyyətdə olması bizi çox narahat edir”.
Məsələ ilə bağlı Qusar Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, Səfər Mühürov küçəsində əlverişsiz hava şəraiti səbəbindən təmir işləri müvəqqəti olaraq dayandırılıb. Yaxın vaxtlarda həmin küçədə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
#Qusar teqi istifadə olunub
- Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI
- "Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV
- Qusarda ev yandı | 83 yaşlı qadın dünyasını dəyişdi - Baku TV
- Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV
- Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR
