Quşlar da “qohum seçimi” edir? - Bir-biri ilə dostluq edən heyvanların sirri
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər afrikalı sığırçınlar arasında insanlara bənzər uzunmüddətli dostluq münasibətlərinin mövcud olduğunu aşkar ediblər.
Tədqiqatlar göstərib ki, sığırçınlar yalnız qohumlarına deyil, həm də qohum olmayan quşlara illərlə yardım edir, onlarla qarşılıqlı dəstək münasibətləri qurur.
Bu kəşf heyvanların yalnız "qohum seçimi" prinsipi ilə davranış sərgilədiyi nəzəriyyəsini sual altına alır.
İsrailli və britaniyalı alimlər təxminən 20 il ərzində yüzlərlə quşun davranışlarını və genetik əlaqələrini izləyərək onların arasında möhkəm və uzunmüddətli əlaqələrin olduğunu sübut ediblər. Bəzi quşlar illərlə bir-birlərinə kömək edərək qarşılıqlı rollarını dəyişir.
Tədqiqat müəlliflərindən biri – doktor Dastin Rubenşteynin sözlərinə görə, bu davranış insan cəmiyyətlərindəki sosial münasibətləri xatırladır.
Növbəti mərhələdə alimlər bu dostluq münasibətlərinin necə formalaşdığını və niyə bəzilərinin davamlı, bəzilərinin isə qısaömürlü olduğunu araşdıracaqlar. Bu tədqiqat heyvanlar aləmində dostluq anlayışının düşündüyümüzdən daha geniş yayıldığını göstərir.
