Radarı keçən kimi “uçan” sürücülər | Bu hiylə sizi xilas etmir...
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) radar qurğularını keçən kimi sürət həddini yenidən artıran sürücülərə ciddi xəbərdarlıq edib. Baku TV-nin məlumatına görə, nazirlik bu cür manipulyasiyaların yol hərəkəti təhlükəsizliyinə böyük təhdid yaratdığını vurğulayır. Rəsmi açıqlamada bildirilir ki, radarlar yalnız cərimə vasitəsi deyil, sürücülərin həyatını qoruyan "təhlükəsizlik kəməri" rolunu oynayır. Müasir nəzarət sistemləri və intellektual idarəetmə vasitələri sayəsində radarı keçdikdən dərhal sonra sürəti artırmaq hiyləsi artıq sürücüləri məsuliyyətdən xilas etmir. Nazirlik sürücü mədəniyyətinin artırılmasını və qaydalara formal yox, şüurlu şəkildə əməl olunmasını prioritet istiqamət kimi müəyyən edib. Bu cür məsuliyyətsiz davranışlar ağır qəzalara və insan itkilərinə səbəb olduğu üçün nəzarət tədbirləri daha da sərtləşdirilib.
#Yol hərəkəti qaydaları teqi istifadə olunub
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- DYP sürücülərə xəbərdarlıq etdi: yağışlı və küləkli havada risk artır - Baku TV CANLI
- “Yola çıxarkən bunu etməyin” | DYP-dən piyada və sürücülərə vacib müraciət - Baku TV CANLI
- Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV
- BDYPİ-dən sakinlərə mühüm müraciət
