Pleyeri seçin:
Raket və artilleriya qoşunlarına tapşırıq verildi | MN-dən vacib məlumat
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.
Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq, hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirilməsidir.
Kopyalandı
#Azərbaycan Ordusu teqi istifadə olunub
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Azərbaycan Ordusu Ermənistana yerini necə göstərdi? - Baku TV
- Dünyanın hərb tarixinə düşən strategiya | Şuşa zirvəsinin fəthi - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
